Yaponiyanın Azərbaycandakı səfiri: “Demokratiyanın və insan hüquqlarının inkişafında hökumətimiz Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”

Yaponiyanın Azərbaycandakı səfiri: “Demokratiyanın və insan hüquqlarının inkişafında hökumətimiz Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”
# 05 aprel 2007 13:29 (UTC +04:00)
“Demokratiyanın və insan hüquqlarının inkişafında Yaponiya hökuməti Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”. APA-nın məlumatına görə, bu sözləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abe Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, son illər Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində xeyli müsbət işlər görülür. Bu işlərin Yaponiya hökuməti tərəfindən müsbət qiymətləndirildiyini və onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən səfir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 15 ilinin tamam olduğunu da xatırladıb. Tadahiro Abe deyib ki, Yaponiya Azərbaycan üçün ən münasib tərəfdaşdır. Bu iki ölkə bundan sonra da birlikdə əməkdaşlıq göstərə bilərlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR