Qüdsi Osmanov Voloqda vilayətinə səfər edəcək
05 aprel 2007 14:04 (UTC +04:00)
Rusiyanın Şimali-Qərb Federal dairəsinə daxil olan vilayətlərə səfər çərçivəsində Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyəti Voloqda vilayətində olub. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov məlumat verib. Səfər zamanı Q. Osmanov Voloqda vilayətinin qubernatoru V. Pozqalyov, qubernatorun müavinləri L. İoqman və N. Vinoqradov, Qanunvericilik Şurasının sədri N. Tixomirov, Voloqda şəhər meri A. Yakuniç, daxili işlər idarəsinin rəisi P. Qorçakov, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Voloqda vilayətində federal inspektoru S. Pastuxov, vilayətin Ticarət-Sənaye Palatasının prezidenti, Voloqdsk vilayətinin federal miqrasiya xidmətinin rəhbəri B. Kotov, millət vəkilləri və iş adamları ilə görüşlər keçirəcək. Bundan başqa Q. Osmanovun Voloqda vilayətinin Çerepovets şəhərinə də səfəri nəzərdə tutulur. Səfər zamanı baş konsul Voloqda və Çerepovets şəhərlərində yaşayan soydaşlarımız və milli-mədəni cəmiyətlərin rəhbərləri, Çerepovets Dövlət Universitetinin rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır. Səfər zamanı Azərbaycan ilə Voloqda vilayəti arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan diasporunun formalaşdırılması və gücləndirilməsi, soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli, onların yaşayış tərzinin öyrənilməsi məsələləri müzakirə ediləcək. /APA/
Xarici siyasət
Peter Siyarto Bakıya gəlib - FOTO
02:57
25 aprel 2024
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
22:57
24 aprel 2024
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir
22:48
24 aprel 2024
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
18:39
24 aprel 2024