Conatan Henik: “ABŞ İranın 15 britaniyalı əsgəri azadlığa buraxmasını müsbət qarşılayır”

Conatan Henik: “ABŞ İranın 15 britaniyalı əsgəri azadlığa buraxmasını müsbət qarşılayır”
# 05 aprel 2007 14:44 (UTC +04:00)
“ABŞ İranın 15 britaniyalı əsgəri azadlığa buraxmasını müsbət qarşılayır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik verib. C. Henik bildirib ki, bu məsələnin ABŞ-İran münasibətləri ilə heç bir əlaqəsi yoxdur. “İranla bağlı mövcud problemlər davam edir və biz bu problemləri diplomatik vasitələrlə və sülh yolu ilə həll etməyi planlaşdırırıq”. C. Henikin sözlərinə görə, ABŞ-ın Azərbaycan ərazisində quraşdırdığı radarlardan istifadə edərək İrandakı vəziyyəti nəzarətdə saxlamaq mümkün deyil: “Bu radarların maksimal uzaqlığı yoxdur, onlar ancaq Azərbaycanın ərazisinə nəzarət edə bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR