İndoneziya mətbuatında Azərbaycan haqqında yazılar dərc olunacaq

İndoneziya mətbuatında Azərbaycan haqqında yazılar dərc olunacaq
# 09 aprel 2007 13:25 (UTC +04:00)
İndoneziyanın “Cakarta Post” qəzetində Azərbaycan haqqında yazılar dərc olunacaq. Bu barədə APA-ya Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev məlumat verib. Onun sözlərinə görə, aprelin 24-də indoneziyalı nazirlərdən biri və “Cakarta Post”un əməkdaşlı İslam Konfransı Təşkilatının Bakıda keçiriləcək toplantısına qatılmaq üçün Azərbaycana gələcəklər. Konfransdan sonra jurnalist Azərbaycanın bölgələrinə səfərə çıxacaq. Səfir jurnalistin bölgələrə səfərinə icazə verilməsi üçün Azərbaycan XİN-ə müraciət etdiklərini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR