Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Voloqda və Çerepovetsə səfər edəcək

Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Voloqda və Çerepovetsə səfər edəcək
# 10 aprel 2007 12:27 (UTC +04:00)
Sabah Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun Voloqda və Çerepovetsə səfəri başlayır. Bu barədə APA-ya açıqlama verən baş konsulun sözlərinə görə, üç gün davam edəcək səfər çərçivəsində Rusiya Federal Miqrasiya Xidmətinin yerli bölmələrinin rəhbərləri, Voloqda vilayətinin qubernatoru, hüquq-mühafizə orqanlarının rəhbərləri, biznes dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Bundan başqa səfər zamanı Çerepovetsdə Azərbaycan diaspor qurumunun formalaşması istiqamətində addımlar da atılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR