Vyetnam Azərbaycanda öz səfirliyini açmaq niyyətindədir

Vyetnam Azərbaycanda öz səfirliyini açmaq niyyətindədir
# 11 aprel 2007 10:57 (UTC +04:00)
Vyetnam Sosialist respublikasının Azərbaycanda səfirliyinin açılması ilə bağlı təklif müzakirə mərhələsindədir. Bu barədə APA-ya Vyetnam Xarici İşlər Nazirliyinin I Avropa idarəsinin rəisi Von Txua Çonq məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin əsasın 15 il əvvəl qoyulsa da, bu münasibətlərin möhkəmlənməsi üçün aktiv addımlar atılmayıb. “Biz hazırda Azərbaycanla Vyetnam arasında əlaqələrin inkişafı üçün görüləcək işləri dəyərləndiririk. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu Vyetnama səfərə dəvət etmişik”. Qeyd edək ki, Vyetnam Sosialist Respublikasının ilk prezidenti Xoşemin 1959-cu ildə Bakıda səfərdə olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR