Hindistandakı səfirliyimiz ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətini tanıtdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir

Hindistandakı səfirliyimiz ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətini tanıtdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir
# 11 aprel 2007 10:43 (UTC +04:00)
Azərbaycanın Hindistandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsini, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətini tanıtdırmaq məqsədi ilə bu ölkədə müxtəlif tədbirlər həyata keçirir. APA-nın məlumatına görə, bu barədə Tamerlan Qarayev bildirib: “Hindistanda ermənilərin yaşamasına baxmayaraq, onların hansısa dövlət orqanlarında və parlamentdə təmsilçiliyi barədə məlumat yoxdur. Ermənilərin Hindistan siyasətinə təsir imkanlarının olduğu barədə nəsə demək çətindir”.
T. Qarayevin sözlərinə görə, səfirlik bununla bağlı tez-tez Hindistan mətbuatında çıxışlar edir, QHT-lərlə və ictimai təşkilatlarla görüşlər keçirərək məsələni gündəmdə saxlayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR