6 əcnəbinin adı Azərbaycan sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısından çıxarılıb

6 əcnəbinin adı Azərbaycan sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısından çıxarılıb
# 17 mart 2023 11:10 (UTC +04:00)

Hesabat ilində 6 xarici ölkə vətəndaşının adı “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, il ərzində Rusiya sülhməramlı kontingentin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərimizə xarici ölkələrin fiziki və hüquqi şəxslərinin qanunsuz səfərlərinin qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilib. Müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müəyyən olunmuş xarici ölkə vətəndaşları barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR