ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

Luis Bono

© APA | Luis Bono

# 01 fevral 2023 21:53 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib.

APA xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib.

Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib.

"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.

Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı Səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibinin müavininin məsləhətçisi və Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavinin müşaviri olub. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR