ABŞ Dövlət Departamenti Azərbaycan Prezidentinin Qarabağdakı separatçılarla bağlı amnistiya bəyanatını alqışlayır

ABŞ Dövlət Departamenti Azərbaycan Prezidentinin Qarabağdakı separatçılarla bağlı amnistiya bəyanatını alqışlayır
# 31 may 2023 01:41 (UTC +04:00)

Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq.

APA ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, bu fikirlər mətbuat katibi Metyu Millerin yaydığı bəyanatda qeyd olunub.

"Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq, - deyə bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşları ilə görüşəcək: “ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli üçün zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.

Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında yerli sakinlərlə görüşündə Qarabağdakı separatçılara hansı halda amnistiya tətbiq edilə biləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR