ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisinin regiona səfəri başlayıb

Filip Riker

© APA | Filip Riker

# 08 sentyabr 2022 09:39 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Ermənistana gəlib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

"Səfir Riker Azərbaycan və Ermənistan arasında davamlı sülhə doğru diplomatik səylərə ABŞ-ın dəstəyini müzakirə etmək üçün hökumət rəsmiləri ilə görüşəcək", - səfirlik bildirib.

Qeyd edək ki, amerkalı dipomatın Azərbaycan və Gürcüstana səfəri də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR