ABŞ dövlət katibi köməkçisinin müavini Laura Lokman Azərbaycana gəlib

ABŞ dövlət katibi köməkçisinin müavini Laura Lokman Azərbaycana gəlib
# 01 fevral 2023 22:06 (UTC +04:00)

Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir.

O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR