ABŞ-ın müvəqqəti işlər vəkili DİN-in sığınacağına baş çəkib

Həzi Aslanov, Maykl Dikerson

© APA | Həzi Aslanov, Maykl Dikerson

# 14 yanvar 2022 19:45 (UTC +04:00)

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə Daxili İşlər Nazirliyinin (DİN) İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

Bu barədə APA-ya ABŞ Səfirliyindən məlumat verilib.

“Onlar, mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər. Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR