ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib
# 06 mart 2023 10:13 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.

ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR