ABŞ səfiri: “Azad edilmiş ərazilərə qayıdış üçün minalardan təmizlənmə çox vacibdir”

ABŞ səfiri: “Azad edilmiş ərazilərə qayıdış üçün minalardan təmizlənmə çox vacibdir”
# 09 iyun 2022 12:23 (UTC +04:00)

Artıq ABŞ Qarabağda humanitar minatəmizləmə prosesində Azərbaycana yardım etdiyini bəyan edib. Mən ümid edirəm ki, biz daha çox yardım edə biləcəyik, çünki buna çox ehtiyac var.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə bildirib.

O xatırladıb ki, münaqişə bitdikdən bəri 200-ə qədər azərbaycanlı mina qurbanı olub: “Həmçinin, biz bu minalar təmizlənməyəcəyi müddətdə, ən vacib hədəf olan - daha çox məcburi köçkünün bu ərazilərə qayıdışını görə bilməyəcəyik. İnsanların öz evlərinə geri dönməsi istiqamətində şərait yaradılması üçün minalardan təmizlənmə çox vacibdir”.

Diplomatın sözlərinə görə, müəyyən ABŞ şirkətləri azad edilmiş ərazilərdə spesifik layihələrdə iştirak edir.

O diqqətə çatdırıb ki, ABŞ şirkətləri xüsusən bərpa olunan enerji sahəsində dünyanın ən yaxşı texnologiyalarına sahibdir: “Bildiyimiz kimi, azad olunan ərazilərdə bərpa olunan enerji ən vacib enerji mənbəyi hesab olunur.

Prezident İlham Əliyev də bəyan edib ki, bu ərazilərdə külək, günəş və hidroenerji üçün potensial var. Bizim isə ən yaxşı keyfiyyətdə və qiymətdə texnologiyalar təqdim edən şirkətlərimiz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR