ABŞ səfiri: “Azərbaycanla əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”

ABŞ səfiri: “Azərbaycanla əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”
# 01 iyul 2022 20:05 (UTC +04:00)

“Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, son 30 ildə ikitərəfli əlaqələrdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR