ABŞ səfiri: “Xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var”

Li Litzenberger

© APA | Li Litzenberger

# 09 iyun 2022 10:44 (UTC +04:00)

Münaqişənin həll yolunun tapılması ilə bağlı yekun qərar Ukraynanındır. ABŞ hər zaman bunu bildirib.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

Diplomat bəyan edib ki, ABŞ Ukraynanın öz ərazi bütövlüyünü qoruması üçün dəstəyini davam etdirəcək.

O qeyd edib ki, ABŞ Azərbaycanın Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir, eyni zamanda, Azərbaycanın göstərdiyi humanitar yardımı təqdir edir.

Səfir vurğulayıb ki, Azərbaycan da münaqişədən əziyyət çəkib və bu problemi yaxşı anlayır.

“Azərbaycan dünyanın digər ölkələri kimi, Ukrayna ilə həmrəydir”, - diplomat əlavə edib

ABŞ səfiri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin öz hərbi ambisiyaları naminə ölkələrin sərhədlərinə hörmət etməyə bilər. Lakin səfir bildirib ki, xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var və bu çox vacibdir.

“Ancaq Rusiya gözlənilməz hərəkət edə bilər. Biz bunu Ukraynada gördük. Ukraynada üzləşdikləri Rusiyanın gələcək addımlarına təsir edə bilər. Biz Baltik regionunda vəziyyəti görürük. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir. ABŞ bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və əgər bu regiondakı ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olarsa, ABŞ lazımi addımlar atacaq”, - səfir diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR