Aİ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır

Toivo Klaar

© APA | Toivo Klaar

# 11 iyul 2022 18:54 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabındakı paylaşımında bildirib.

“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - deyə Klaar paylaşımında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR