Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

Toivo Klaar

© APA | Toivo Klaar

# 12 yanvar 2022 11:45 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir”, - Toivo Klaar qeyd edib.

O vurğulayıb ki, Aİ tərəflərlə əməkdaşlığa hazırdır. Xüsusi nümayəndə Aİ-nin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyasına dair dəstəyini bir daha bəyan edib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR