Aİ Azərbaycan Nümayəndəliyinin müşaviri: “Yeni əməkdaşlıqlar həyata keçirilir”

Aİ Azərbaycan Nümayəndəliyinin müşaviri: “Yeni əməkdaşlıqlar həyata keçirilir”
# 20 iyun 2022 11:10 (UTC +04:00)

“COVID 19 pandemiyasından sonra yarana biləcək mənfi nəticələrin aradan qaldırılması məqsədi ilə daha da təkmilləşdirilmiş layihələrin hazırlanması və yeni əməkdaşlıqlar həyata keçirilir”.

APA xəbər verir ki, bunu Aİ Azərbaycan Nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri
Çertomir Fisinger Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində deyib.

Çertomir Fisinger Sağlamlıq üçün Həmrəylik layihəsi çərçivəsində həyata keçirilən işlərdən də danışıb:

"Layihənin həyata keçirildiyi müddətdə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri layihə çərçivəsində milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib".

O, həmçinin əlavə edib ki, layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə 9 ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR