Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinə yeni rəhbər təyin edilib

Tural Gəncəliyev

© APA | Tural Gəncəliyev

# 14 may 2022 11:48 (UTC +04:00)

Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edilib.

APA-nın xəbərinə görə, Tural Gəncəliyev bu vəzifədə Cavanşir Feyziyevi əvəzləyib.

Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri kimi mayın 16-da Brüsselə səfər edəcək, Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR