Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir

Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir
# 27 sentyabr 2022 12:56 (UTC +04:00)

2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Facebook səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir.

Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR