Aİ Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib - FOTO

Aİ Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib - FOTO
# 27 yanvar 2023 21:13 (UTC +04:00)

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

"Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirik", deyə Peter Stano bildirib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR