Aİ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını güclü şəkildə dəstəkləyir - VİDEO

Toivo Klaar

© APA | Toivo Klaar

# 19 iyun 2022 20:51 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.

APA-nın xəbərinə görə, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter” hesabındakı paylaşımında belə qeyd edib. O, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb.

“Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca “indi sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının” və “praktiki icraya keçilməsinin vaxtıdır”. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”, - deyə Klaar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR