Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Türkiyədə səfərdə olub

Toivo Klaar

© APA | Toivo Klaar

# 07 iyun 2022 16:32 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyədə görüşlər keçirib.

APA xəbər verir ki, bu barədə səfir Klaar "Twitter"də bildirib.

“Ankarada iki günlük yaxşı görüşlərdən sonra uçuşa hazırlaşırıq”, - o paylaşımında qeyd edib.

Xatırladaq ki, Aİ-nin xüsusi nümayəndəsi bir neçə gün əvvəl Ermənistanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR