Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyəti Avropa Parlamentində tənqid olunub

Petras Auştreviçius

© APA | Petras Auştreviçius

# 01 dekabr 2021 16:25 (UTC +04:00)

“"Şərq Tərəfdaşlığı" proqramı Cənubi Qafqazda marginallaşıb. Proqram iştirakçılarından olan Gürcüstanda siyasi böhran yaranıb, digər iki ölkə bir-biri ilə müharibə şəraitindədir. Düşünürəm ki, biz “Şərq Tərəfdaşlığı"nda olan aktivlərimizin 50 faizini itiririk”.

APA-nın məlumatına görə, bunu Litvanın (Liberal Hərəkat Partiyası) Avropa Parlamentindəki deputatı Petras Auştreviçius Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

Parlamentari Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın fəaliyyətini tənqid edib: “Mən həm də Aİ-nin xüsusi nümayəndəsinin fəaliyyəti ilə bağlı soruşmaq istəyirəm. O, nə iş görür, niyə bugünkü müzakirələrə qoşulmayıb? Biz ondan yaxşı bir hesabat almamışıq. Bu onun işidir. Yoxsa o, xüsusi işlə məşğuldur ki, biz bu barədə məlumatlana bilmərik. Bağışlayın, ancaq mən sanki nəyisə qaçırıram. Belə halda necə xarici siyasət yürütmək olar? Mən bu münaqişəni futbola bənzədirəm. Oyunun da bir hakimi var və o, zaman-zaman bu komandalardan birinə qoşulur. Təbii ki, bu hakim Rusiyadır. O özünü hakim kimi aparır, ancaq o, hakim deyil.

Biz Ermənistan və Azərbaycan arasında təhlükəsizlik mexanizmi barədə ciddi müzakirələr aparmalı və düşünməliyik. Hazırda heç bir təhlükəsizlik mexanizmi yoxdur. Biz mənalı bir təhlükəsizlik və xarici siyasət yürütmək istəyiriksə, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində sivil missiyalar barədə düşünməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR