Aİ səfiri: "Dünyada, o cümlədən Azərbaycanda məişət zorakılığı artıb"

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko

© APA | Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko

# 12 yanvar 2022 14:43 (UTC +04:00)

“Təbii ki, pandemiyanın da məişət zorakılığı hallarına mənfi təsirləri olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada belə hallar artıb. Həm siyasi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində səylərimizi birləşdirməliyik”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, qanunvericiliyə, İnzibati və Cinayət Məcəlləsinə müəyyən düzəliş və tövsiyələr hazırlanıb: “Aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra bu təklifləri Nazirlər Kabinetinə təqdim edəcəyik. Qurumlar daxilində monitorinq qruplarının yaradılması da nəzərdə tutulub. Bundan başqa, biz məişət zorakılığı törədənlərin şəxslərin də reabilitasiyaya cəlb olunmasını təklif etmişik. Qanunvericilik səviyyəsində məişət zorakılığının qarşısını daha yaxşı ala biləcəyik. Hər yerdə qadınlar məişət zorakılığına məruz qalırlar. Bu, bütün ölkələrdə var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR