Səfir: “Aİ ərazilərin minalardan təmizlənməsinə də dəstəyini yönəldib”

Peter Mixalko

© APA | Peter Mixalko

# 05 oktyabr 2022 10:30 (UTC +04:00)

“Dünyada koronavirus pandemiyasından əziyyət çəkən gənclərə görə Avropa İttifaqı (Aİ) 2022-ci ili “Gənclər İli” elan edib”.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanda keçiriləcək Avropa Gənclər Günlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Peter Mixalko Aİ-nin Azərbaycanın müxtəlif təsisatları ilə birlikdə əməkdaşlıq etməyindən çox şad olduğunu əlavə edib. O, ilk növbədə təhsil sahəsində əməkdaşlığı nümunə gətirib.

“Pandemiyadan əvvəlki 5 il ərzində (2014-2019) 2 mindən çox azərbaycanlı tələbə Avropada təhsil alıb”, - səfir vurğulayıb.

O, bu ildən artıq “Erasmus plus” proqramı çərçivəsində Avropaya üz tutan azərbaycanlı müəllim və tələbələrin sayında artım olduğunu da əlavə edib.

Peter Mixalko gənclər üçün inkişafa səbəb olan və onlarda maraq yaradan sahələrə dəstək verdiklərini qeyd edib: “Aİ-nin peşə təhsili sahəsində dəstək proqramlarından 885 tələbə yararlanıb. Əlavə olaraq, fiziki məhdudiyyətli gənclərə mövcud bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunan proqramlardan da xeyli sayda müəllim və tələbə yararlanıb”.

Səfir həmçinin, Aİ-nin dəstəyini ərazilərin minalardan təmizlənməsinə də yönəltdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR