Aİ səfiri: “Ümidvaram ki, Azərbaycanla saziş yaxın zamanda imzalanacaq”

Aİ səfiri: “Ümidvaram ki, Azərbaycanla saziş yaxın zamanda imzalanacaq”
# 25 may 2022 12:16 (UTC +04:00)

“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişlə bağlı danışıqlar hələ də davam edir. Ümidvaram ki, bu saziş yaxın zamanda imzalanacaq”.

APA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

O, sazişin imzalanmasının əməkdaşlıq və tərəfdaşlıq üçün hüquqi zəmin yaradacağını vurğulayıb: “Bu, olduqca, vacibdir. Hüquqi zəminin yaradılması əməkdaşlıq və tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırır”.

Peter Mixalko deyib ki, Aİ Azərbaycandan ixrac edilən çox sayda məhsulun əsas satış bazarıdır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR