Akar: “Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutmalıdır”

Hulusi Akar

© APA | Hulusi Akar

# 23 dekabr 2021 17:27 (UTC +04:00)

“Azərbaycan və Türkiyə prezidentləri barış əli uzadıblar Ermənistana. Bizim niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.

“Dərdimiz budur ki, heç kim bizim torpaqlarımıza göz dikməsin. Bizim dərdimiz budur. Bizim heç kimin torpağında gözümüz yoxdur”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR