Akkan Suver: “CHP millət vəkilinin dedikləri tarixdə uğursuz sözlər kimi qalacaq”

Akkan Suver

© APA | Akkan Suver

# 04 fevral 2022 18:50 (UTC +04:00)

“Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentləri tərəfindən təsdiqləndiyi bir zamanda bir türk millət vəkilinin dediyi sözlər, sadəcə, uğursuz açıqlamadır”.

Bunu “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Azərbaycan və Türkiyə arasında enerji sahəsində olan əməkdaşlığı “qarışıq və qaranlıq əlaqələr” adlandıran Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun sözlərini APA-nın yerli bürosuna şərh edərkən deyib.

A. Suver bu açıqlamanın daxili siyasətə yönəlik olduğundan əminliyini bildirib.

“Tükiyə və Azərbaycanın münasibətləri artıq hər cür tərif və qiymətləndirmədən üstündür. Bundan kənar bir fikirdə olmaq yanlışdır. Fikrimcə, o sözlər tarixdə uğursuz ifadələr kimi qalacaq. Önəmli olan sabahımızı düşünməkdir. Mən bunu fərəhlə deyirəm ki, “SOCAR Türkiyə” həm Türkiyənin, həm də bölgənin enerji təchizatını təmin edən təqdirə layiq şirkətdir”, - deyə o qeyd edib.

A. Suver əlavə edib ki, Türkiyədə “SOCAR” və “Petkim”ə münasibət qardaşlıq münasibətindən fərqlənmir: “Buna görə də Şuşa Bəyannaməsinin təsdiqlənməsi kimi əlamətdar olan bir gündə deyilmiş, daxili siyasətə yönəlmiş uğursuz sözlərdən qurtulmaq lazımdır. Vacib olan birliyimiz və millətlərimizin bir-birinə qarşı qardaşlıq hissidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR