AKP sözçüsü Azərbaycanın Türkiyə-Ermənistan dialoquna müsbət baxdığını bildirib

Ömer Çelik

© APA | Ömer Çelik

# 29 dekabr 2021 18:44 (UTC +04:00)

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcraiyyə Heyətinin (MYK) növbəti iclasından sonra partiyanın sözçüsü Ömer Çelik bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə güclü iradə nümayiş etdirdilər və Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək “3+3” formatını irəli sürdülər.

Partiya rəsmisi Ermənistanın qeyri-konstruktiv mövqeyinin ilk növbədə özünə zərər vurduğunu qeyd edib: “Cənab Prezidentimiz də dəfələrlə ifadə etdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilk növbədə özünə zərər verir. Ona görə də Ermənistanın həm “3+3” formatına qoşulması, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi ortaya çıxdı. Rəcəb Tayyib Ərdoğanın da ən həssas yanaşdığı məsələ Azərbaycanın bu prosesə müsbət yanaşması idi. Bu razılıq olduğu üçün artıq Türkiyə Ermənistanla normallaşma addımları atmaqdadır”.

Ö. Çelik vurğulayıb ki, bu prosesin baş tutması üçün Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünə hazırlıq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR