AKP sözçüsü Bakının azad olunması münasibətilə paylaşım edib

Ömər Çelik

© APA | Ömər Çelik

# 15 sentyabr 2022 17:54 (UTC +04:00)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Bakının bolşevik-erməni dəstələrindən azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, o, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü mübarək olsun. Şəhidlərimizi rəhmətlə yad edirik”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR