AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb
# 25 iyul 2022 19:33 (UTC +04:00)

Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.

O əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb.

Çelik, həmçinin, bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdlərinin olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR