Alev Kılıç: “Şuşanın azad edilməsi sevindiricidir”

Alev Kılıç

© APA | Alev Kılıç

# 29 sentyabr 2022 14:58 (UTC +04:00)

Şuşa hərbi əməliyyatların aparılması üçün olduqca mürəkkəb relyefə malikdir.

Bunu APA-ya Şuşaya səfər edən Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç deyib.

“Şuşa müdafiəsi asan, lakin hücum əməliyyatlarının aparılması çətin olan bir ərazidir. İstənilən halda Şuşanın işğaldan azad edilməsi sevindirici hadisədir. Bu uğura görə Azərbaycan Ordusunu təbrik edirəm. Eyni zamanda, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin necə düzgün qərar olduğunu burada olarkən daha yaxşı anlamaq olur”, - Alev Kılıç qeyd edib.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR