Almaniya səfiri: Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq

Almaniya səfiri: Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq
# 27 yanvar 2023 13:07 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb.

APA xəbər verir ki, bununla bağlı Almaniya səfiri "Twitter"də paylaşım edib.

“Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir", - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR