“Alstom” Ağdamda tramvay tikintisini dəstəkləməyə hazırdır

“Alstom” Ağdamda tramvay tikintisini dəstəkləməyə hazırdır
# 05 may 2022 18:12 (UTC +04:00)

Fransanın “Alstom” şirkəti Bakı, Gəncə və Ağdam üçün nəzərdə tutulan tramvay şəbəkəsinin tikintisini dəstəkləməyə hazırdır.

APA xəbər verir ki, bunu “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov deyib.

O qeyd edib ki, şirkət Azərbaycanda lokomotivlərə texniki xidmət layihələrini, siqnalizasiya və dəmir yollarının avtomatlaşdırılması kimi infrastruktur layihələrini, eyni zamanda, Bakı, Gəncə və Ağdam şəhərləri üçün tramvay şəbəkəsini tikintisi layihələrini dəstəkləməyə davam etməyə hazırıdır.

Bu gün Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransa Respublikasının Prezidenti adından "Milli Şərəf" Ordeninin Cəngavər titulunu Elşən Zeynalova təqdim edib.

Səfir vurğulayıb ki, “Alstom” “Azərbaycan Dəmir Yolları” ilə uğurlu əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR