Amanda Paul: Azərbaycan lideri Orta Dəhlizin inkişafı üçün görülən səylər barədə bizi məlumatlandırdı

Amanda Paul

© APA | Amanda Paul

# 25 noyabr 2022 14:15 (UTC +04:00)

Biz Azərbaycan Prezidenti İlham Əliyevlə müxtəlif məsələlər barədə çox maraqlı fikir mübadiləsi apardıq. Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin mümkün qədər tez əldə olunması istiqamətində Azərbaycanın qətiyyətini ifadə etdi.

APA xəbər verir ki, bu barədə noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı Avropa Siyasət Mərkəzinin (European Policy Center) baş analitiki Amanda Paul jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin Azərbaycan liderinin Orta Dəhlizin inkişafı və gücləndirilməsi istiqamətində görülən səylər barədə ekspertləri məlumatlandırdığını vurğulayıb.

Amanda Paulun sözlərinə görə, ekspertlər eyni zamanda, son inkişaf, Azərbaycanın “yaşıl enerji” resurslarından istifadəsinə keçid barədə məlumat alıblar.

Ekspert qeyd edib ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa İttifaqının Cənubi Qafqaz regionuna olan marağı və bu regionla əməkdaşlığı daha da güclənib: “Aİ indi geosiyasi aktor kimi öz imicini gücləndirməyə çalışır və bu istiqamətdə daha qətiyyətli addımlar atır. Deyərdim ki, buna görə də Aİ-nin Cənubi Qafqazla bağlı siyasəti daha da canlanıb. Bu yaxınlarda Aİ missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirdi. Həmçinin, Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün danışıqlarla bağlı səylərini daha da gücləndirib. Mən xüsusilə Aİ Şurasının Prezidenti Şarl Mişelin səylərini vurğulamaq istərdim. Region Aİ üçün çox vacibdir, bu regionun strateji əhəmiyyəti böyükdür və biz buna görə artan marağı görürük. Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında normallaşma üçün danışıqlarda artıq Aİ güclü rol oynayır. İndiyə qədər görüşlərdə xeyli önəmli nəticələr əldə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR