Amanda Paul: “Hər zaman Şuşaya gəlmək istəmişəm”

Amanda Paul: “Hər zaman Şuşaya gəlmək istəmişəm”
# 28 aprel 2022 16:57 (UTC +04:00)

“Fikrimcə, bu, çox önəmli bir tədbirdir”.

Bunu APA-ya açıqlamasında Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumun iştirakçısı Avropa Siyasət Mərkəzinin (European Policy Center) baş analitiki Amanda Paul deyib.

O bildirib ki, Şuşada olmaq onun üçün çox xoşdur, çünki hər zaman buraya gəlmək istəyib.

“Müharibə bitdikdən sonra Azərbaycan tərəfindən hansı işlərin görüldüyünü müşahidə etmək üçün buraya gəlmək istəmişəm. Hər şey çox təsiredicidir. Yeni yolun (Zəfər Yolu) bu qədər qısa zamanda tikilməsi və digər bərpa işləri çox vacibdir. İndi ümid yaşadığı evlərdən didərgin düşmüş insanların qısa bir zamanda buraya qayıda bilməsinədir. Amma təbii ki, bu, tez bir zamanda ola bilməz, çünki hələ bərpa, yenidənqurma işləri gedir və ərazilər minalardan təmizlənir. Amma yenə də ümid edirəm ki, bir müddət sonra Azərbaycan vətəndaşlarının buraya böyük qayıdışı olacaq və onlar erməni əsilli vətəndaşlarla birgə yaşaya biləcək”, - Amanda Paul vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR