Ankarada Heydər Əliyevin xatirəsi yad edilib

Ankarada Heydər Əliyevin xatirəsi yad edilib
# 10 may 2022 23:28 (UTC +04:00)

Ankarada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Türkiyədə səfirliyimiz tərəfindən anım mərasimi təşkil olunub.

Bu barədə APA-nın İstanbul bürosuna səfirlikdən bildirilib.

Qeyd olunub ki, səfirliyin kollektivi, Azərbaycan Milli Məclsiinin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisi Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, o cümlədən Türkiyədə səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanovun və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdikləri nümayəndə heyətləri, o cümlədən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ankara toplantısının iştirakçıları Ankara şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə çiçəklər düzərək xatirəsinə ehtiramlarını ifadə etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR