Ann Linde Azərbaycan xarici işlər nazirinin müavinini qəbul edib

Ann Linde Azərbaycan xarici işlər nazirinin müavinini qəbul edib
# 18 may 2022 21:48 (UTC +04:00)

İsveç xarici işlər naziri Ann Linde Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevi qəbul edib.

APA xəbər verir ki, bu barədə Ann Linde "Twitter"də bildirib.

"Azərbaycan-İsveç diplomatik münasibətlərinin 30-cu ildönümü münasibətilə İsveçdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə konstruktiv görüşümüz oldu. Müxtəlif qarşılıqlı və beynəlxalq məsələlər barədə yaxşı müzakirə apardıq", - İsveç XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR