Armen Qriqoryan ABŞ MKİ-nin direktorunu Bakı və Ankara ilə danışıqlar barədə məlumatlandırıb

Armen Qriqoryan ABŞ MKİ-nin direktorunu Bakı və Ankara ilə danışıqlar barədə məlumatlandırıb
# 16 iyul 2022 01:00 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsində səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ABŞ-Ermənistan münasibətləri müzakirə edilib.

Armen Qriqoryan qonağı regiondakı vəziyyət barədə məlumatlandırıb.

Qriqoryan Uilyam Börnsə Ermənistanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqlar barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR