Armen Qriqoryan: "Ermənistan tərəfi danışıqlar üçün Bakı və Ankaraya səfər etməyə hazırdır"

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 23 dekabr 2021 00:10 (UTC +04:00)

“Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli ictimai televiziyaya müsahibəsində bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələni "3+3" formatında müzakirə etmək üçün əsas olarsa, bu fürsətdən istifadə edib bir-birimizin mövqeyini aydınlaşdıracağıq. Lazım gələrsə, biz Ankaraya və Bakıda getməyə, həmçinin, bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, deyə Qriqoryan vurğulayıb.

A.Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR