Artis Pabriks: Ukraynadakı müharibə qlobal müharibədir

Artis Pabriks: Ukraynadakı müharibə qlobal müharibədir
# 10 mart 2023 14:12 (UTC +04:00)

Təhlükəsizlik bu gün qlobal bir problemdir. Çünki Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük müharibədir.

Bunu APA-ya açıqlamasında Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks deyib.

“Bu müharibənin digər müharibələrdən fərqi isə ondan ibarətdir ki, digər ölkələr birbaşa olaraq bu müharibədə iştirak etmir. Bu müharibə Rusiya - işğalçı və Ukrayna - özünü müdafiə edən tərəf arasındadır. Təbii ki, bu müharibədə ölkələr də tərəf seçib, əksəriyyət Ukraynanın, haqlı tərəfin yanındadır. Bəzi ölkələr isə birbaşa və ya dolayı yolla Rusiyanı dəstəkləyir. Deyərdim ki, bu, müəyyən mənada qlobal müharibədir, bizim vəzifəmiz Rusiyanı özünə gətirmək, bu müharibəni dayandırmaq və işğalçı qüvvələrin Ukrayna ərazisini tərk etməsinə nail olmaqdır. Bu, yeganə yoldur, digər halda biz Rusiyaya şans versək ki, bu müharibədə qalib gəlsin və ya bu hissə qapılsın, o zaman biz Rusiyanın yeni müharibə təşəbbüsləri ilə çıxış edəcəyini gözləyə bilərik”, - sabiq nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR