AŞPA-da Laçın yolundakı vəziyyətə dair müzakirələr aparılacaq

AŞPA-da Laçın yolundakı vəziyyətə dair müzakirələr aparılacaq
# 23 yanvar 2023 16:42 (UTC +04:00)

AŞPA-da Laçın yolundakı vəziyyətə dair müzakirələr aparılacaq.

APA-nın London müxbiri xəbər verir ki, AŞPA-nın qış sessiyası zamanı qurumun gündəliyində bir sıra cari məsələlər, o cümlədən Laçın yolundakı vəziyyət müzakirə ediləcək.

Səməd Seyidov məsələnin AŞPA-da müzakirə edilməsi ilə bağlı sessiya zamanı çıxış edib. O, Laçın yolunun açıq olduğunu və AŞPA-dakı bəzi qüvvələrin bu məsələni olduğundan çox fərqli bir şəkildə göstərməyə çalışdığını deyib.

“Laçın yolu açıqdır. Ancaq bəzi qüvvələr regiondakı reallığı çox fərqli göstərməyə çalışır. Ancaq mən Assambleyaya faktları təqdim edəcəyəm”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR