AŞPA-nın yay sessiyası başlayır

AŞPA-nın yay sessiyası başlayır
# 20 iyun 2022 13:38 (UTC +04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

APA-nın Avropa bürosunun xəbərinə görə, sessiya çərçivəsində “Avropada demokratik təhlükəsizliyin təmin edilməsi” mövzusunda yüksək səviyyəli panel və interaktiv debat keçiriləcək.

Həmçinin, qurumun yay sessiyasında Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatları dinləniləcək, Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu, Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə, təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu, onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, sessiya iyunun 24-də başa çatacaq.

Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Erkin Qədirli, Kamal Cəfərov, Könül Nurullayeva və Sabir Hacıyev daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR