ATƏT Azərbaycan - Ermənistan sərhədindəki gəginlikdən narahat olduğunu bildirib

ATƏT Azərbaycan - Ermənistan sərhədindəki gəginlikdən narahat olduğunu bildirib
# 12 yanvar 2022 20:19 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan Sədrliyi Azərbaycan - Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə ATƏT bəyanat yayıb.

Bildirilib ki, ATƏT-ə sədrlik edən Polşa Azərbaycan - Ermənistan sərhədində toqquşmaların yenidən baş verməsindən və bu şiddətin insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını ifadə edir.
"Biz güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqdir.
Biz bu istiqamətdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşikin davam edən işinə güclü dəstəyimizi bir daha bəyan edirik", bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR