ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib

ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib
# 28 yanvar 2023 03:08 (UTC +04:00)

ATƏT sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib.

APA xəbər verir ki, bu barədə Buyar Osmani tviter hesabında yazıb.

O, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb:

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR