ATƏT sədri regionda müharibə riskinin yüksək olduğuna dair xəbərdarlıq edib

Zbiqnev Rau

© APA | Zbiqnev Rau

# 13 yanvar 2022 13:43 (UTC +04:00)

“Bu gün ATƏT regionunda müharibə riski son 30 ildəkindən daha çoxdur”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT Daimi Şurasının iclasında çıxışında deyib.

ATƏT sədri bildirib ki, təşkilata üzv ölkələr bu gün sülh və sabitliyə nail olmaq istiqamətində böyük çətinliklərlə üzləşiblər.

“Uzun müddət davam edən münaqişələr, hərbi toqquşmalar, radikalizm, terrorizm, silahlara nəzarət mexanizmindəki problemlər, COVID-19 pandemiyasının təsirləri, fundamental hüquqların pozulması və s. bütün bunlar qeyri-müəyyənlik, proqnozlaşdırıla bilməyən vəziyyət yaradır, cəmiyyətlərdə parçalanmaya, narahatlığa gətirib çıxarır", - ATƏT sədri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR