Aurelie Buşez: “Azərbaycan Asiya və Avropa arasında əlaqələrin inkişafına xüsusi töhfə verir” - FOTO

Aurelie Buşez: “Azərbaycan Asiya və Avropa arasında əlaqələrin inkişafına xüsusi töhfə verir” - FOTO
# 12 iyul 2019 20:13 (UTC +04:00)

"Azərbaycanın yaxşı qonşuluq siyasəti və çoxtərəfli diplomatiyası nəticəsində ölkəniz Xəzər regionunda stabilliyin saxlanmasında vacib rol oynayır".

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Aurelie Buşez Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Asiya və Avropa arasında əlaqələrin inkişafına xüsusi töhfə verir ki, burada da qaz və dəmiryolu layihələrinin rolu qeyd edilməlidir: "Təbii ki, bu layihələrin uğurlu şəkildə həyata keçirilməsində sülh əvəzedilməzdir".

Səfir bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həllinin tapılması üçün tərəflər arasında dialoqun həyata keçirilməsinə dəstək verməyə sadiq qalır.

A.Buşez qeyd edib ki, sentyabrın sonunda Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR